AZ

Fransa XİN diplomatının Epşteynlə əlaqəsinə görə prokurorluğa müraciət edib

Fransanın xarici işlər naziri Jan-Noel Barro prokurorluğa müraciət edərək, adı ABŞ Ədliyyə Nazirliyinin maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı sənədlərində media tərəfindən aşkarlanmış fransız diplomatı haqqında araşdırma aparılmasını istəyib.

“İki sahil” xəbər verir ki, nazir bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu axşam cənab Fabris Edanla bağlı iddia edilən faktlar barədə ona məlumat vermək üçün respublika prokuroruna müraciət edirəm. Mən həmçinin intizam icraatına başlayaraq, ədalət sisteminin işinə kömək üçün inzibati istintaq təşəbbüsünü irəli sürürəm" , - o yazıb.

Müraciətin qeydə əlavə edilmiş mətninə əsasən, Edan Xarici İşlər Nazirliyinin nəzdində xarici işlər üzrə baş katib vəzifəsini tutur. Eyni zamanda, şəxsi səbəblərə görə ehtiyatdadır və özəl sektorda işlərlə məşğul olur.

Seçilən
11
1
ikisahil.az

2Mənbələr