Ermənistanın Baş naziri Nikol Paşinyan heç bir qüvvənin İrəvanı Moskva ilə qarşıdurmaya sürükləyə bilməyəcəyinə əmin edib.
O, bu açıqlamanı Ermənistan İctimai Televiziyasına müsahibəsində verib.
“Rusiya ilə münasibətlərə dair strateji baxışımızı bölüşmək istərdim. Bütün tərəfdaşlara bütün məkanlarda aşağıdakı mesajı çatdırırıq: Rusiya Federasiyasına və onun maraqlarına zərər vermək heç vaxt gündəliyimizdə olmayıb, yoxdur və olmayacaq da. Bu, istisna olunur. Heç kim bizi Rusiya Federasiyasına qarşı hərəkət məntiqinə sürükləyə bilməz”, – Paşinyan bildirib.
Baş nazir qeyd edib ki, Ermənistan hakimiyyəti rusiyalı tərəfdaşlarına ölkənin Rusiya ilə münaqişə və ya mübahisə etməyəcəyinə zəmanət verib.
“Bizim strategiyamız belədir. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, həmişə Ermənistanın maraqları naminə hərəkət edəcəyik”, – o izah edib.