AZ

Qərb bölgəsində qarın hündürlüyü 20 sm-ə çatdı

Qərb bölgəsində dünəndən başlayan yağış gecə saatlarında qarla əvəzlənib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncədə axşam 22:00 radələrindən başlayan qar hələ də yağmaqda davam edir.
 

Səhər qarın yağma intensivliyi xeyli yüksəlib. Hazırda yollarda avtomobillərin və insanların hərəkətində o qədər böyük çətinliklər olmasa da bəzi ərazilərdə artıq yollar buz bağlayıb. Gəncədə qarın hündürlüyü bəzi ərazilərdə 3-5 sm-ə çatır.


Ümumilikdə qərb bölgəsində də güclü qarın yağması müşahidə olunur. Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında qarın hündürlüyü 10-11 sm, dağlıq ərazilərdə isə 18-20 sm-ə çatır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
270
1
bizim.media

10Mənbələr