AZ

Böyrək daşlarına qarşı təbii qorunma: Rusiyalı həkim faydalı qidaları açıqladı

Bəzi məhsulların müntəzəm istehlakı böyrəklərdə daşların yaranmasının qarşısını almağa kömək edir.
 
Moderator.az bildirir ki, bu barədə rusiyalı ümumi praktika həkimi və teleaparıcı Aleksandr Myasnikov "Rossiya-1" kanalında yayımlanan "Ən vacib şey haqqında" verilişinin efirində danışıb.
 
Həkimin sözlərinə görə, kaliumla zəngin qidalar böyrəklərdə daşların əmələ gəlməsi riskini azaldır. O bu məhsullar sırasında qabığı ilə birlikdə kartof, pomidor, quru ərik və bananın adını çəkib. Aleksandr Myasnikov həmçinin böyrək problemlərindən qorunmaq üçün portağal suyunun faydalı olduğunu vurğulayıb.
 
Bundan əlavə, mütəxəssis kifayət qədər su qəbul etməyin vacibliyini də xatırladıb.
 
"Formul sadədir: nə qədər istəyirsiniz için, əsas odur ki, gün ərzində təxminən iki litr sidik ifraz olunsun", - deyə Aleksandr Myasnikov qeyd edib.
 
Seçilən
14
1
moderator.az

2Mənbələr