AZ

Avroparlament yenə "erməni havasına oynadı"...



“Azərbaycanda həbs edilən 15 erməni məhbusun azad edilməsi Cənubi Qafqazda davamlı sülhə doğru daha bir mühüm addım olardı”.

Bu barədə Avropa Parlamenti üzvlərinin qəbul etdiyi birgə bəyanatda deyilir. Üstəlik, Avroparlament üzvləri bildirirlər ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar həbs edilən 19 erməni məhbusdan 15-nin uzunmüddətli həbs cəzasına məhkum edilməsindən ”dərin təəssüf hissi” keçirirlər.

Maraqlıdır, Azərbaycandan “Ermənistanla sülh və barışıq istiqamətində mühüm addımlar" uman bəyanat müəlliflərinin ədalət məhkəməsinin ömürlük həbs cəzası kəsdiyi o canilərin əllərinin neçə günahsız insanın qanına batdığından xəbəri varmı?

Bəs Azərbaycan torpaqları 30 il işğal altında qalanda, bir milyon insanımız qaçqın düşəndə, dinc sakinlərimizin üzərinə bombalar atılanda onların “dərin təəssüf hissi” harada qalmışdı?..

SAMİRƏ

Seçilən
13
baki-xeber.com

1Mənbələr