Fələstinin radikal HƏMAS hərəkatı bir müddət atıcı silahların bir hissəsini özündə saxlamaq üçün ABŞ-dən icazə ala bilər.
"Far.Az"un məlumatına görə, bu barədə "The New York Times" mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, Vaşinqton HƏMAS-dan İsrailə hücum edə biləcək bütün silahları təhvil verməsini tələb edəcək, lakin hərəkata müvəqqəti olaraq bir sıra atıcı silahları saxlamağa icazə verə bilər. ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, Amerika liderini xüsusi elçisi Stiven Uitkoff və BMT-nin Yaxın Şərqdə Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenovdan ibarət danışıqlar qrupu bu təklifi yaxın həftələrdə HƏMAS-a təqdim edəcək.
Qəzet qeyd edib ki, müddəalar hələlik yekunlaşdırılmayıb və dəyişdirilə bilər.