Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən silsilə atışmalar nəticəsində 10 nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Kanadanın "CBC News" teleradio korporasiyası məlumat yayıb.
Bildirilib ki, ölənlərin 6-sının cəsədi Tambler Ric (Tumbler Ridge) liseyində aşkar edilib. Daha iki nəfərin cəsədi yaşayış evində tapılıb, bir nəfər isə aldığı yaralardan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Yerli polis bütün bu ölüm hallarının bir-biri ilə bağlı olduğunu və eyni cinayət hadisəsinin tərkib hissəsi olduğunu bildirib.
Hadisəni törətməkdə şübhəli bilinən onuncu şəxs isə cinayətdən sonra intihar edib.