AZ

Məşhur müğənni pensiyaya çıxıb 20 min alır

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

90-cı illərin məşhur türkiyəli müğənnisi Hakan Peker qatıldığı televiziya proqramında təqaüdə çıxma prosesi və aldığı pensiya ilə bağlı diqqətçəkən açıqlamalar verib.

“Qafqazinfo” xəbər verir ki, müğənni təqaüd qərarının ona psixoloji baxımdan ağır təsir etdiyini bildirib.

Peker uzun müddət “təqaüd” anlayışını qəbul etmək istəmədiyini deyərək prosesi “Dövlət məni təqaüdə çıxardı” sözləri ilə ifadə edib. O, təqaüdün insana “artıq sizdən heç bir gözlənti yoxdur” mesajı verdiyini düşünür və bunun onda təcrid olunmuşluq hissi yaratdığını vurğulayıb.

Müğənni etiraf edib ki, bu düşüncədən qaçmaq üçün bir müddət sığorta haqlarını qəsdən gec ödəyib. Onun sözlərinə görə, təqaüd statusuna düşməmək üçün psixoloji müqavimət göstərib, lakin sonda bu proses qaçılmaz olub.

Hakan Peker ilk dəfə olaraq aylıq pensiyasının məbləğini də açıqlayıb. Sənətçi hazırda 20 min türk lirəsi təqaüd aldığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
qafqazinfo.az

1Mənbələr