AZ

Ölüm anında şüur itmirmiş: Ürək dayanandan sonra insanlar nələri eşidə bilirlər?

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzi insanlar dünyasını dəyişərkən həkimlərin onların öldüyünü elan etməsini də eşidirlər.

Oxu.Az Britaniyanın "Mirror" nəşrinə istinadən bildirir ki, bu, doktor Sem Parnianın rəhbərlik etdiyi bir qrup alimin gəldiyi nəticədir.

Tədqiqatçılar ürəyinin fəaliyyəti dayanmış xəstələr üzərində apardıqları təcrübədən belə qənaətə gəliblər ki, həmin vaxt və az sonra onların şüuru yerində olur və ətrafdakıların nitqini duya bilirlər.

Parnia izah edib ki, ölüm faktı ürəyin tam dayanması ilə qeydə alınsa da, beyin fəaliyyəti qısa müddət davam edə bilər.

Alimlər bu təcrübəni genişləndirəcəklərini qeyd ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
2
oxu.az

3Mənbələr