AZ

Kanadada silahlı qadın məktəbdə atəş açıb, on nəfər ölüb, onlarla yaralı var

Kanadanın Kral Atlı Polisi bildirib ki, Britaniya Kolumbiyasındakı Tambler-Ric orta məktəbində atışma baş verib, nəticədə silahlı şəxs də daxil olmaqla azı 10 nəfər ölüb.

"Far.Az"un məlumatına görə, bu barədə "Global News" xəbər yayıb.

Hadisə yerinə çatan polis məktəbdə öldürülən altı nəfərin meyitini aşkarlayıb, daha bir zərərçəkən xəstəxanaya aparılarkən yolda ölüb. CBC-nin məlumatına görə, polisin hadisə ilə əlaqəli olduğuna inandığı yerdə daha iki qurban tapılıb. Şübhəli şəxs qadındır. Onun özünə xəsarət yetirdiyi, xəsarətlərlə ölü tapıldığı bildirilir.

Həyati üçün ciddi təhlükə olan iki yaralı helikopterlə xəstəxanaya çatdırılıb. Yerli tibb mərkəzində təxminən 25 nəfərin xəsarətləri müalicə olunur.

Təhlükə xəbərdarlığı Bakı vaxtı ilə səhər saat 5:46 radələrində ləğv edilib. Polis daha sonra bildirib ki, başqa şübhəlilər yoxdur.

Seçilən
36
3
far.az

4Mənbələr