AZ

Yaponiya Ukrayna üçün UNESCO proqramına maliyyə dəstəyi ayırdı

BAKI, 11 fevral. TELEQRAF

Yaponiya hökuməti BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) çərçivəsində Ukrayna üçün həyata keçirilən proqramlara 3,8 milyon dollar vəsait ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə məlumat UNESCO-nun rəsmi saytında dərc olunub.

Bildirilir ki, Yaponiya tərəfindən UNESCO-ya Ukrayna üçün ümumi maliyyə dəstəyi 29,1 milyon dollar təşkil edəcək. Bu vəsait UNESCO-nun Ukrayna üçün cəlb etdiyi maliyyənin təxminən 40%-i deməkdir.

Qeyd olunur ki, bundan əvvəl "NHK" telekanalı Yaponiya hökumətinin NATO çərçivəsində Ukraynaya hərbi avadanlıq təminatı proqramına qoşulmaq qərarını da xəbər vermişdi.

Seçilən
28
teleqraf.com

1Mənbələr