AZ

Kanadada məktəbdə atışma: Ölənlər var

BAKI, 11 fevral. TELEQRAF

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric şəhərində məktəbdə silahlı insident baş verib.

Teleqraf xəbər verir ki, bu barədə "CBC" telekanalı məlumat yayıb.

Atışma nəticəsində 10 nəfər, o cümlədən hücum edən şəxs ölüb.

Məlumata görə, ölənlərdən altısının meyiti təhsil müəssisəsində aşkar edilib. Bundan başqa, polis hadisə yerinə yaxın yaşayış evində daha iki nəfərin cəsədini tapıb və onların ölümünün də insidentlə əlaqəli olduğu bildirilir.

Hazırda daha 25 nəfər tibbi müəssisədə müayinədən keçirilir.

Seçilən
21
teleqraf.com

1Mənbələr