AZ

VIII Henriyə aid nadir kulon xilas edildi: Britaniya Muzeyi milyonlarla vəsait topladı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya Muzeyi VIII Henri ilə əlaqəli nadir qızıl kulonu ictimai kolleksiyada qorumaq üçün 3,5 milyon funt sterlinq (təxminən 8,1 milyon manat) vəsait toplayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Independent" nəşri məlumat yayıb.

"Tudorların ürəyi" adlanan kulon Uorvikşir qraflığında bir tarlada metal detektoru ilə tapılıb. Bu artefakt VIII Henrinin ilk həyat yoldaşı Araqonlu Yekaterina ilə 24 illik evliliyi dövrünə aid yeganə məlum zərgərlik nümunəsi hesab olunur.

Kulonun üzərində Tudor qızılgülü, Yekaterinanı simvolizə edən al-qırmızı rəng elementi, həmçinin qədim fransız dilində "əbədi" mənasını verən yazı həkk olunub.

Britaniya Muzeyinin direktoru Nikolas Kullinan bu tapıntının tarixi əhəmiyyətini vurğulayaraq bildirib:

"Bu gözəl tapıntı bizə az adamın bildiyi, lakin indi hamımızın paylaşa biləcəyi İngiltərə tarixinin bir hissəsindən bəhs edir. Onun Böyük Britaniyada nümayiş olunacağı sərgini səbirsizliklə gözləyirəm".

Muzey artefaktı ictimai kolleksiyada saxlamaq məqsədilə 2025-ci ilin oktyabrında genişmiqyaslı kütləvi ianə kampaniyasına start verib. Kampaniyaya onminlərlə insan, o cümlədən "Wolf Hall" teleserialında VIII Henri rolunu canlandıran Demian Luis də qoşulub.

VIII Henrinin Araqonlu Yekaterina ilə evliliyi onun altı nikahı arasında ən uzunömürlüsü olub. Muzeyin məlumatına görə, kulon kralın həyat yoldaşına sədaqətinin simvolu kimi dəyərləndirilir. Onların evliliyinə dair günümüzə gəlib çatan maddi sübutlar isə olduqca azdır.

Britaniya Muzeyi hesab edir ki, kulon 1518-ci ildə keçirilmiş turnir üçün hazırlanıb. Sözügedən tədbir zamanı cütlüyün iki yaşlı qızı, şahzadə Mariyanın Fransa taxt-tacının varisi ilə nişanlanması qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
oxu.az

1Mənbələr