AZ

Fici sahillərində 6,2 maqnitudada zəlzələ olub

Fici sahillərində 6,2 maqnitudada zəlzələ qeydə alınıb.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata görə, zəlzələnin episentri ada respublikasının paytaxtı, təxminən 77 000 insanın yaşadığı Suvadan 467 km cənub-şərqdə, ocağı 511 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
29
far.az

1Mənbələr