AZ

“Uca Yaradan buna görə Qurban Qurbanovun bütün zəhmətini və ədalətini mükafatlandırır”

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev baş məşqçiləri Qurban Qurbanov haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, bu barədə Rusiyanın championat.com saytına müsahibəsində danışıb.

“Qarabağ”a gələn hər kəsdə eyni fikir formalaşır, Andrey Lunyov yalan deməz. Elə insanlar var ki, onlar haqqında fikirlər fərqli olur, amma Qurbanov haqda hamının düşüncəsi birdir.

O, adı böyük hərflə yazılan insandır. Elə buna görə də Uca Yaradan onun bütün zəhmətini və ədalətini mükafatlandırır.

O, “Barselona” sisteminin fanatıdır. Bu prinsipləri bizə də aşılayır: topa nəzarət, onu qorumaq.

Son vaxtlar isə fiziki hazırlıq üzərində çox işləyirik ki, Avropa səviyyəsinə uyğun olaq. Onlar bu səviyyədə hər üç gündən bir oynayırlar, biz isə yalnız Çempionlar Liqasında - üç həftədə bir dəfə.

Buna uyğunlaşmaq üçün daha çox və Avropa komandalarından qat-qat güclü məşq etməlisən” - deyə bildirib.

Seçilən
32
sportinfo.az

1Mənbələr