Bu həftə Qərb ölkələri Ukrayna üçün yeni yardım paketləri elan edə bilərlər.
"Ölkə.az" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu Telegram kanalında bəyan edib.
"Bu həftə keçiriləcək iki tədbirə hazırlaşırıq. Birincisi, Ukrayna ilə birlikdə olan ölkələrin müdafiə nazirlərinin görüşüdür və bu görüşdə müdafiəmiz üçün yeni dəstək paketləri də yer alacaq. İkincisi, Ukraynanın iştirak edəcəyi Münhen Təhlükəsizlik Konfransıdır", - dövlət başçısı bildirib.
Fevralın 6-da ABŞ Dövlət Departamenti Ukraynaya təxminən 185 milyon dollar dəyərində hərbi texnika üçün ehtiyat hissələrinin tədarükü ilə bağlı mümkün müqaviləni təsdiqləyib. ABŞ hesab edir ki, bu, "döyüş hazırlığını artırmaq və logistikanı yaxşılaşdırmaqla" Ukrayna ordusunun döyüş meydanındakı effektivliyinə birbaşa təsir göstərəcək.
Elvin
Ölkə.az