AZ

Aİ reper Timatiyə qarşı SANKSİYA HAZIRLAYIR

Aİ reper Timatiyə qarşı sanksiya hazırlayır.

İnterpress.az xəbər verir ki, bu barədə “EUobserver” nəşri məlumat yayıb.

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı hazırladığı 20-ci sanksiyalar paketi çərçivəsində bir sıra tanınmış simalara məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Yeni siyahıda məşhur reper Timati (Timur Yunusov), “Ermitaj”ın baş direktoru Mixail Piotrovski və Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviçin adları yer alır.

Bundan əlavə, sanksiya siyahısına Rusiya İdman Güləşi Federasiyasının rəhbəri Mixail Mamiaşvili və Mariupol Teatrının baş direktoru İqor Soloninin də daxil edilə biləcəyi bildirilir.

Sözügedən şəxslərə qarşı aktivlərin dondurulması və Aİ ərazisinə giriş qadağası kimi məhdudiyyətlərin tətbiqi gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr