Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsini ölkədə siyasi prosesləri gizli şəkildə maliyyələşdirməkdə ittiham edib.
Oxu.Az xəbər verir ki, bu barədə o, Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə danışıb.
Baş nazir bildirib ki, hökumətin əlində bu istiqamətdə müəyyən məlumatlar mövcuddur və hazırda məsələ araşdırılır:
"Bizim əlimizdə məlumatlar var, araşdırırıq ki, Erməni Apostol Kilsəsi vasitəsilə ölkəyə siyasi məqsədlər üçün "kölgə maliyyəsi" gətirilir".
Onun sözlərinə görə, kilsə özünü nəinki "dövlət daxilində dövlət" kimi, hətta "dövlət daxilində xarici dövlət" kimi təqdim etməməlidir.
Qeyd olunur ki, Ermənistan hökuməti ilə kilsə arasındakı münasibətlər may ayında Nikol Paşinyanın internetdə Erməni Apostol Kilsəsi barədə təhqiramiz, o cümlədən ədəbsiz ifadələr işlətməsindən sonra daha da gərginləşib. Daha sonra baş nazir bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini və bu prosesdə dövlətin rolunun gücləndirilməsini təklif edib.
İyunda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskop Mikael Acapaxyanı həbs etmək məqsədilə Eçmiədzində yerləşən katolikosun iqamətgahına yollanıblar. Lakin onlar dindarların və ruhanilərin müqaviməti ilə qarşılaşıblar.
Oktyabrın 3-də isə İrəvan məhkəməsi ruhaniyə hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə iki il müddətinə azadlıqdan məhrumetmə cəzası verib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.