AZ

Qarlı Laçın-Şuşa yolu və qaçan cüyürlər...

Əsrarəngiz təbiəti ilə gözoxşayan Laçında daha bir maraqlı görüntü müşahidə olunub. Ağ örpəyə bürünən Laçın-Şuşa yolunda görünən cüyürlər diqqət cəlb edib.

Publika.az xəbər verir ki, maraqlı görüntülər Laçın-Şuşa dolama yolunda qeydə alınıb. Yol boyunca qaçan cüyürlərin hərəkəti maraqlı anlara səbəb olub. Onlar bir müddət yol ilə qaçdıqdan sonra dağa tərəf qalxaraq gözdən itiblər.

Gözəl təbiəti və mənzərəli relyefi olan Laçın zəngin flora və faunaya malikdir. Laçın təbiətində qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya Bezoar keçisi, ceyran, maral, cüyür, qaban, İran sincabı, süleysin və məməlilər sinfinə daxil olan bir çox heyvana rast gəlinir.

Seçilən
18
1
publika.az

2Mənbələr