ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Real Madrid"in tibb heyəti Cud Bellinqemin sol ayağından aldığı zədədən sonra sağalma prosesində bəzi problemlər yaşadığını açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, ulduz müdafiəçinin meydana çıxmasını gecikdirir.
Son müayinələr göstərib ki, o, hələ də sol ayağındakı burxulmadan aldığı zədədən tam sağalmayıb. Tibbi heyət planlaşdırılan dörd həftəlik sağalma müddətinin martın ortalarına qədər uzadıla biləcəyini açıqladı.
Futbolçunun "Benfika" ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, C.Bellinqem fevralın 1-də İspaniya "La liqa"sında keçirilən "Real-Madrid" - "Rayo-Valyekano" oyununda zədələnib. Klub rəhbərliyi onun martın 22-də "Atletiko Madrid" ilə derbiyə tam hazır olmasını prioritet hesab edir.Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.