AZ

Tom Aspinall gözündən əməliyyat olunub

Ağır çəkidə britaniyalı UFC çempionu (120 kq) Tom Aspinall hər iki gözündən əməliyyat olunub.

İdman.Biz bildirir ki, Aspinall 2025-ci ilin oktyabr ayında Siril Qanla döyüşdə fransız idmançının yumruğundan sonra gözündən zədə alıb. Döyüş alınmamış sayılıb.

“Geniş şəkildə ictimailəşdirilən göz zədəsindən sonra “Optegra”nın ekspert komandası MMA döyüşçüsü və UFC ağır çəki çempionu Tom Aspinallı dəstəkləməkdən qürur duyur.

Son bir neçə ay ərzində onun sağalması üçün onunla sıx əməkdaşlıq edirik. Hər iki gözündən əməliyyat olunduqdan sonra Tomun görmə qabiliyyətini döyüş formasına qaytarmaq üçün səyahətimizi davam etdiririk”, - klinika sosial mediada paylaşıb.

İdman.Biz
Seçilən
27
1
idman.biz

2Mənbələr