BAKI, 11 fevral. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın Ukrayna ilə bağlı Moskvaya qarşı tələblər siyahısı hazırlanması təşəbbüsünə münasibət bildirib.
Teleqraf xəbər verir ki, Mariya Zaxarova bu barədə “Telegram” kanalında paylaşım edib.
O, Kallasın irəli sürdüyü tələblər siyahısı ilə bağlı hələlik açıqlama verməyəcəklərini bildirib.
“Hələlik onun tələblər siyahısı ilə nə edəcəyimizi deməyəcəyik. Husarlar, susun!”, - o yazıb.
Qeyd edək ki, daha əvvəl “Reuters” agentliyi Kaya Kallasın Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində Avropanın Rusiyadan tələb edəcəyi güzəştlərin siyahısını təqdim edəcəyini yazmışdı.