AZ

Emin Mahmudov baş işlətdi, "Neftçi" 3 xalı “bağrına basdı” - VİDEO

Misli Premyer Liqasının XIX turunda "Qəbələ"ni qəbul edən "Neftçi" qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, "Palms Sports Arena"da baş tutan matç "ağ-qaralar"ın 1:0 hesablı qələbəsi ilə bitib.

Qolu 12-ci dəqiqədə Emin Mahmudov vurub. Meydan sahibləri oyunu 10 nəfərlə başa vurub. 90+1-ci dəqiqədə Elvin Bədəlov ikinci sarı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.

Bu, baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında Bakı klubunun Premyer Liqada cari mövsüm ardıcıl ikinci qələbəsidir. Komanda ötən tur "Araz-Naxçıvan" kollektivini səfərdə 4:1 hesabı ilə məğlub etmişdi.

27 xala malik "Neftçi" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Qəbələ" isə 14 xalla 10-cudur.

"Neftçi" - "Qəbələ" 1:0

“Palms Sports Arena ”, 1000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Kərim Zeynalov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Bassala Sambu, 50 (qeyri-idman hərəkəti); Andrey Ştoqrin, 53 (qeyriidman hərəkəti); Elvin Bədəlov, 78; 90+1 (qeyri-idman hərəkəti); Kenan Piriç, 83 (oyunun bərpasının ləngidilməsi)
Qırmızı vərəqə: Elvin Bədəlov, 90+1
Qol: Emin Mahmudov, 12
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(4. Elvin Camalov, 88)
15. Elvin Bədəlov
17. Murad Xaçayev
7. Emil Səfərov
(23. Cordan Rezabala, 60)
47. Murad Məmmədov
(70. Andrey Ştoqrin, 46)
77. Falaye Sako
24. Mustafa Sek
18. İfeanyi Metyu
(14. Edvin Kuç, 73)
9. Bassala Sambu
11. İmad Faraj
(28. Alessio Kurçi, 88)
Ehtiyat oyunçular:
1. Emil Balayev
81. Məhdi Həsənov
19. Ağadadaş Salyanski
45. Vensan Abubakar
27. Kristian Kostin
22. Luis Ortis
Baş Məşqçi: Yuri Vernidub

“Qəbələ”
93. Rza Cəfərov
28. Murad Musayev (k)
(50. Adriel Ba Loua, 60)
66. Nuğay Rəşidov
(7. Turan Manafov, 76)
10. Şahin Şahniyarov
(3. Eduardo Kunde, 46)
27. Eşqin Əhmədov
(13. Nicat Əliyev, 76)
24. İsmael Akinade
33. Seydina Keyta
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
(12. İbrahim Sanqare, 84)
30. Prins Ovusu
Ehtiyat oyunçular:
1. Səlahət Ağayev
94. Həbib Hüşənov
11. Asif Məmmədov
22. Fərid İsgəndərov
74. Süleyman Damadayev
21. Ziya Şəkərxanov
70. Paulo Quimbila
Məşqçi: George Çixradze

Seçilən
63
sportinfo.az

1Mənbələr