AZ

Konqres üzvləri Ədliyyə Nazirliyini Epşteyn arxivlərindən məlumatları gizlətməkdə ittiham edib

BBC: Dərc olunan materiallardan təxminən 20 nəfərin adı silinib...

Poliqon BBC-yə istinadən xəbər verir ki, ABŞ Konqresinin üzvləri ölkənin Ədliyyə Nazirliyini pedofiliya və insan alverinə görə məhkum olunmuş Ceffri Epşteynin işi üzrə açıqlanan arxiv materiallarından mühüm detalları gizlətməkdə ittiham ediblər. Amerikalı qanunvericilərin sözlərinə görə, dərc olunan sənədlərdən təxminən 20 nəfərin adı qəsdən qaraldılıb və bu şəxslərin bəzilərinin adlarının siyahıda yer alması belə, potensial olaraq cinayət təqibinə əsas yarada bilər.

Məsələ ilə bağlı sənədlərin tam versiyalarını nəzərdən keçirən Tomas Mes­si və Ro Xanna – ötən il Ədliyyə Nazirliyini Epşteyn işi üzrə materialları açıqlamağa məcbur edən qanun layihəsinin həmmüəllifləri – jurnalistlərə bildiriblər ki, gördükləri siyahıda Epşteyn və onun əlaltısı Gisləyn Maksvelldən başqa bütün adlar silinib. Konqres üzvlərinin vurğuladığına görə, qəbul edilən qanuna əsasən bu adlar ictimaiyyətə açıqlanmalı idi.

Bazar ertəsi Ədliyyə Nazirliyinin binası qarşısında jurnalistlərin suallarını cavablandıran Mes­si bildirib ki, silinmiş adlardan altısı elə şəxslərə aid ola bilər ki, onların siyahıda yer alması belə, hüquqi məsuliyyətə cəlb olunmaları üçün əsas sayılır. O, daha sonra qaraldılmış hissələri olan sənədin skrinşotunu internetdə paylaşaraq rəsmi izahat tələb edib.

Ro Xanna isə deyib: “Biz altı kişinin adını gördük, onların bəziləri hətta fotolarla birlikdə idi, lakin bütün bunlar qaraldılıb və bununla bağlı heç bir izah verilməyib”.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr