AZ

TikTok-da Trampı təhdid edən amerikalı həbs edildi

BAKI, 11 fevral. TELEQRAF

TikTok-da canlı yayımda Prezident Donald Trampı ölümlə hədələyən amerikalı 3,5 il həbs cəzasına məhkum edilib.

Teleqraf xəbər verir ki, təqsirləndirilən şəxs yayımında bildirib: "Deməli, Amerikanı böyük etməyin yalnız bir yolu var - Trampın alnının ortasından güllələmək".

O həmçinin Trampı başına və ya sinəsinə atəş açaraq öldürməklə hədələyib.

Kişi 2025-ci ilin avqust ayında həbs edilib. O, ittihamlardan biri üzrə özünü günahkar bildiyini bildirib.

Seçilən
36
teleqraf.com

1Mənbələr