AZ

Azərbaycanlı hücumçu “dünyanın o başına” transfer oldu - RƏSMİ

"Qarabağ" ilə ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubu və "Kolumbus Kru” məlumat yayıb.

Beləliklə, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

"Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.

Seçilən
56
sportinfo.az

1Mənbələr