AZ

Paris Kiyevə üç "Mirage 2000" qırıcı təyyarəsi təhvil verəcək

Fransa 2025-ci ildə təhvil verilən üç təyyarədən əlavə, Ukraynaya iki Mirage 2000 qırıcısı təhvil verməyə hazırlaşır.

Ucnoqta.az bildirir ki, bu barədə Le Journal du Dimanche (JDD) məlumat verib.

Fevralın 7-də Kiyevə səfərindən sonra Fransa Silahlı Qüvvələri naziri Ketrin Votren Ukraynaya 2 milyard avro yardım vəd edib.

Bu məbləğə Fransa Aerokosmik Qüvvələrindən iki 2000-5F qırıcısının təhvil verilməsi daxildir. Nəşrin məlumatına görə, bu iki təyyarənin "növbəti altı ay ərzində" Ukrayna Hərbi Hava Qüvvələrinə çatdırılması və "2025-ci ildə təhvil verilən əvvəlki üç təyyarəni tamamlaması" gözlənilir.

Bu qırıcı dəstəsi Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2024-cü ildə təsdiq edilmiş müqavilənin bir hissəsidir.

Seçilən
18
ucnoqta.az

1Mənbələr