AZ

Netanyahu Trampa İranla bağlı hansı məlumatları verəcək?

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu Prezident Trampı İranla bağlı vəziyyət barədə məlumatlandırmaq niyyətindədir.

AzPost bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdən əvvəl İsrail mənbələri CNN ilə danışıqların mövzuları barədə məlumat paylaşıblar.

Xəbərlərə görə, Netanyahu Trampa İranın hərbi imkanları ilə bağlı yeni kəşfiyyat məlumatları təqdim etmək niyyətindədir. İsrail mənbələri hesab edir ki, əgər heç bir tədbir görülməsə, Tehran həftələr və ya aylar ərzində ballistik raket arsenalını 1800-2000-ə qədər artıra bilər.

Bundan əlavə İsrailin Baş naziri ABŞ tərəfi ilə gələcək hər hansı bir razılaşmada İrana qarşı hərbi hərəkət azadlığı məsələsini müzakirə etməyi planlaşdırır. İsrailli mənbə qeyd edib ki, bu mövzu danışıqlarda əsas mövzu olacaq.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
azpost.info

2Mənbələr