Ajans.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. "Biz Rusiya ilə mübahisə etməyəcəyik. Mənim Putin və Mişustinlə çox birbaşa və isti münasibətlərim var; bizim strategiyamız budur: biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma həmişə Ermənistan Respublikasının maraqlarına uyğun hərəkət edəcəyik. Burada müəyyən üst-üstə düşmələr ola bilər, amma biz Rusiyanın və ya başqa bir ölkənin maraqları naminə Ermənistana qarşı hərəkət edəcəyimizi də deyə bilmərik. Mən rusiyalı həmkarlarıma dedim ki, 8 avqust 2020-ci ildə Rusiyaya son beş ildir təklif etdiyimiz müqaviləni imzaladıq. Bizə yalnız beş söz lazım idi: ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, qarşılıqlılıq və sərhədlərin toxunulmazlığı. Bu beş sözü yazın və mən istənilən vaxt imzalayacağam", - deyə o bildirib.