AZ

Kardaşyan indi də Hemiltonu “cənginə alıb”

“Ferrari”nin britaniyalı pilotu Lüis Hemilton Amerikanın erməni əsilli realiti-şou ulduzu, aktrisası və sahibkarı Kim Kardaşyanla gizli görüşdə görüntülənib.

"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri “The Sun” yayıb.

Adı çəkilən qaynaq bildirir ki, Kardaşyan Böyük Britaniyaya Los-Ancelesdən özəl təyyarəsi ilə gəlib. Onun təyyarəsi şənbə günü Oksforddakı hava limanına enib, ardından iki maşında Esteldəki mülkə yollanıb. Bir saat sonra isə Hemilton da icarəyə götürülmüş helikopterlə ora gəlib.

Xəbərdə qeyd olunur ki, cütlük Uitnidəki elit şəhərkənarı klubun spa mərkəzində vaxt keçirib, orda onlar üçün cütlük masajı təşkil olunub, daha sonra restoranın ayrıca salonunda şam yeməyində bir araya gəliblər. Ulduzları üç cangüdən qoruyub. Hemilton və Kardaşyan da bazar günü səhər saatlarında oteli birlikdə, lakin fərqli çıxışlardan tərk edib.

Bu, ünlü pilotun məşhurların kompaniyasında görünməsi ilə bağlı ilk hal deyil. Əvvəllər o, kolumbiyalı müğənni Şakira, meksikalı aktrisa Eysa Qonsales, tennisçi Cenni Strey Spetalen, aktrisa Sofiya Verqara, müğənni Raye və model Eşli Mur ilə görüşərkən də paparatsilərin kamerasına tuş gəlib. Ancaq Hemilton heç bir halda adı çəkilənlər ilə münasibətlərini şərh etməyib.

41 yaşlı Hemilton “Formula-1” yarışlarının yeddiqat çempionudu. 2007-12 aralığında “Maklaren”in, 2013-24 aralığında “Mersedes”in şərəfini qoruyub, ötən ildən isə “Ferrari”nin pilotudu.

Seçilən
16
1
football-plus.az

2Mənbələr