AZ

Tramp İrana XƏBƏRDARLIQ ETDİ: “Danışıqların iflası müharibəyə gətirib çıxara bilər”

“İranla danışıqlar uğursuz olacağı təqdirdə Vaşinqton hərbi addımlara keçməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrailin 12-ci telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin iyununda baş vermiş 12 günlük müharibə zamanı olduğu kimi baş verə bilər. Tramp diplomatik həlli üstün tutduğunu vurğulasa da, xəbərdarlıq edib:

“Ya razılaşma əldə edəcəyik, ya da çox sərt tədbirlərə əl atmalı olacağıq”.
 

Tramp bildirib ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu əlavə olaraq gücləndirmək imkanını nəzərdən keçirir. Bu çərçivədə daha bir aviadaşıyıcının zərbə qrupu ilə bölgəyə göndərilməsi də istisna olunmur. Onun sözlərinə görə, bu addım Omanda yenidən başlayan ABŞ–İran danışıqları fonunda Tehrana təzyiq vasitəsi olmalıdır.


Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə planlaşdırılan görüşü şərh edən Tramp qeyd edib ki, İsrail lideri də İranla razılaşmanın əldə olunmasında maraqlıdır. Gözlənildiyinə görə, danışıqların mərkəzində İranın nüvə proqramı və ballistik raketlər məsələsi olacaq. ABŞ prezidenti əlavə edib ki, İranla danışıqların ikinci raundu artıq gələn həftə baş tuta bilər.

Bizim.Media

Seçilən
29
1
bizim.media

2Mənbələr