AZ

Trampa ölüm təhdidi edən şəxs CƏZALANDIRILDI

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ-nin Corciya ştatında yaşayan bir kişi, Prezident Donald Trampa TikTok canlı yayımında ölüm təhdidi verdiyi üçün 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, keçən ilin iyul ayında şəxs Tramp haqqında TikTok yayımına qoşularaq belə yazıb:

“Amerikanı böyük etmək üçün yeganə yol Trampın gözləri arasına güllə vurmaqdır.”

O, həmçinin Trampı başına və ya döşünə atəş açmaqla öldürməklə hədələmişdi.

Şəxs 2025-ci ilin avqustunda həbs olunub, oktyabr ayında isə ittihamın bir maddəsi üzrə günahını etiraf edib.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
redaktor.az

2Mənbələr