AZ

Rəqqasə idi, İbrahim Tatlısəs məşhur etdi Ölüm səbəbi bilindi (FOTOLAR)

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Türkiyənin əfsanəvi seriallarından olan "Kurtlar Vadisi"ndə canlandırdığı amansız və avtoritar qadın obrazı ilə milyonların yaddaşına həkk olunan Şıvqa Gerez dünyasını dəyişib. Bir zamanlar həm rəqsləri, həm də ekranlardakı sərt duruşu ilə diqqət çəkən sənətçinin ölümü sevənlərini məyus edib.Demokrat.az xəbər verir ki, 1970-ci il təvəllüdlü sənətçinin karyera yolu çoxlarına məlum olmayan maraqlı faktlarla doludur. Belə ki, Şıvqa Gerez sənət aləminə aktrisa kimi deyil, rəqqasə kimi daxil olub. Onu ilk kəşf edən isə məşhur müğənni İbrahim Tatlısəs olub. Uzun illər "İbo Show" proqramında çıxış edən Gerez səhnə enerjisi ilə qısa zamanda məşhurlaşıb. Lakin onun bütün Türkiyədə fenomenə çevrilməsi 2000-ci illərin əvvəllərində ekranlara gələn "Kurtlar Vadisi" serialındakı "Cərrahpaşalıların bacısı" rolu ilə baş tutub. Süleyman Çakır və Polat Alemdarın ən gərgin düşmənləri olan Cərrahpaşalı qardaşların belə çəkindiyi bu sərt qadın obrazı, serial tarixinin nadir güclü qadın fiqurlarından biri hesab olunur.Şəxsi həyatını hər zaman gizli saxlayan və maqazin dünyasından uzaq durmağa çalışan sənətçinin vəfat səbəbi də bəlli olub. Məlumata görə, 56 yaşlı aktrisa uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyinə məğlub olub. Bir müddət əvvəl sosial media hesabından xəstəliyi ilə bağlı paylaşım edərək izləyicilərindən dua istəyən Gerez, müalicə aldığı xəstəxanada həyata gözlərini yumub."Dansöz", "Büyük Yalan" və "En Mutlu Olduğum Yer" kimi layihələrdə də yadda qalan rollar ifa edən Şıvqa Gerez həm sənətçi dostlarının, həm də sadiq tamaşaçı kütləsinin qəlbində hər zaman o məğrur duruşu ilə xatırlanacaq.İsmayıl

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
demokrat.az

1Mənbələr