AZ

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı ŞOK AÇIQLAMA: “Ən az 99 il…”

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, TRIPP proqramı çərçivəsində həyata keçirilən investisiya layihələri ölkənin uzunmüddətli müstəqilliyini təmin edəcək. Onun sözlərinə görə, bu təşəbbüs Ermənistanın ən azı 99 il suveren dövlət kimi mövcud olmasına zəmin yaradır.

NOCOMMENT.az xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində danışıb. O qeyd edib ki, əvvəlcə “99 il”, “50 il” kimi müddətlər müəyyən narahatlıq yaradırdı, lakin sonradan məsələyə fərqli prizmadan baxmağa başlayıblar. “Amerika Birləşmiş Ştatları Ermənistan Respublikasında ən azı 99 il müddətinə investisiya proqramı həyata keçirir. Bu isə o deməkdir ki, dünya üzrə bir nömrəli supergüc Ermənistanın 99 il ərzində müstəqil və suveren dövlət kimi mövcud olacağını təsdiqləyir. Bu müddətdə sülh və normal investisiya mühiti olacaq”, – deyə o bildirib.

Baş nazir əlavə edib ki, Ermənistan tarixində heç vaxt bu qədər uzunmüddətli perspektiv və plan olmayıb. Onun sözlərinə görə, ilk dəfədir ki, ölkə belə bir 99 illik strategiyanı dünya üzrə aparıcı dövlətlə birgə hazırlayır. “Bu məqamı düzgün qiymətləndirməliyik. Bu, 2018-ci ildə qəbul etdiyimiz dövlətimizin davamlılığı gündəliyinə tam uyğundur”, – deyə Paşinyan vurğulayıb.

Sara

Seçilən
22
nocomment.az

1Mənbələr