AZ

“Mançester Yunayted” Maquayra müqaviləni uzatmağı təklif edəcək

“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr klubda qala bilər.

İdman.Biz bu barədə “Daily Mail”ə istinadən bildirir.

Müdafiəçinin müqaviləsi bu yay bitir.

Mənbənin məlumatına görə, “qırmızı şeytanlar”ın keçmiş kapitana yeni müqavilə imzalamaq təklifi etməsi gözlənilir. Təklifin fərqli olacağı bildirilir. Maquayr hazırda həftədə 180.000 funt sterlinq (206.000 avro) qazanır.

Harri 2018/2019 mövsümündən bəri “Mançester Yunayted”də çıxış edir. Bu mövsüm 32 yaşlı müdafiəçi bütün yarışlarda 14 oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.

İdman.Biz
Seçilən
39
idman.biz

1Mənbələr