AZ

Nəriman Axundzadənin ABŞ klubuna keçidinin detalları açıqlandı - FOTO

ABŞ-nin "Kolumbus Kru" klubu hücumçu Nəriman Axundzadəni "Qarabağ" komandasından transfer etdiyini rəsmən elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Kolumbus Kru"nun saytı məlumat yayıb.

Bildirilir ki, Axundzadə Beynəlxalq Transfer Sertifikatı (ITC) ilə P-1 vizasını aldıqdan sonra komandanın əsas heyətində yer alacaq.

Qeyd edilir ki, 21 yaşlı oyunçunun müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Xatırladaq ki, Axundzadə 2025/26 mövsümündə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 13 oyun keçirib və üç qol vurub./Oxu.az


Telegram kanalımız
Seçilən
14
2
yenisabah.az

3Mənbələr