“Barselona”nın hücumçusu Ferran Torres İngiltərəyə qayıda bilər.
90deqiqe.Az-ın "Fichajes"ə istinadən məlumata görə, ispaniyalı forvardla “Çelsi” maraqlanır. London klubu artıq futbolçunun agenti ilə danışıqlara da başlayıb.
Yay transfer pəncərəsində “mavilər” Torresin transferi üçün 80 milyon avro təklif etməyə hazırdır. Lakin “Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçunun istedadının böyük pərəstişkarıdır və belə bir transferə qarşıdır.
O, daha əvvəl “Mançester Siti”də çıxış edib.
Ferran Torres 2022-ci ildə “Mançester Siti”dən 55 milyon avroya “Barselona”ya keçib. Onun katalon klubuyla mövcud müqaviləsi 30 iyun 2027-ci il tarixinə qədərdir. Cari mövsümdə hücumçu 31 oyunda meydana çıxaraq 16 qol vurub və 1 məhsuldar ötürmə edib.