ain.az, Demokrat.az saytına istinadən bildirir.
Almaniyanın məşhur avtomobil istehsalçısı BMW bəzi modellərində aşkarlanan texniki nasazlıq səbəbindən geriçağırma kampaniyasına start verib.Demokrat.az xəbər verir ki, geriçağırma starter sistemində yaranan problemlə bağlıdır. Məlumata görə, starterin daxili hissələrində baş verən nasazlıq mühərrikin işə düşməsi zamanı həddindən artıq isinməyə, bəzi hallarda isə yanğın riskinə səbəb ola bilər.BMW bildirib ki, 87 394 ədəd avtomobili əhatə edən geriçağırma əsasən 2021–2024-cü il istehsalı olan bir sıra modellərə aiddir. Siyahıya 3, 4 və 5 seriyaları, həmçinin X3, X4 və digər modellər daxildir. Eyni texniki platformadan istifadə etdiyinə görə Toyota Supra modelinin də geriçağırmaya daxil olduğu qeyd olunur. BMW-nin starter nasazlığı ilə bağlı başladığı bu kampaniya ABŞ bazarına aid avtomobilləri əhatə edir və proses ABŞ Milli Yol Təhlükəsizliyi Administrasiyasının (NHTSA) nəzarəti altında aparılır.Şirkət avtomobil sahiblərinə rəsmi bildiriş göndərəcəyini və nasaz starterin rəsmi servis mərkəzlərində tam ödənişsiz dəyişdiriləcəyini açıqlayıb.Qeyd edək ki, BMW avtomobil sahiblərinə təhlükəsizlik məqsədilə avtomobillərinin geriçağırma siyahısına daxil olub-olmadığını VIN kodu vasitəsilə yoxlamağı tövsiyə edir. Məsələ ilə bağlı istintaq və texniki yoxlamalar davam etdirilir.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.