BAKI, 10 fevral. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski 60 yaşdan yuxarı vətəndaşların müqavilə əsasında orduda xidmət etməsinə icazə verən fərman imzalayıb.
Teleqraf xəbər verir ki, fərman Ukrayna liderinin saytında dərc edilib.
Fərmana əsasən, bu cür xidmət müqavilələri hərbi vəziyyət dövründə bağlana bilər. Onların müddəti bir il olacaq, lakin daha bir il uzadıla bilər. Hərbi vəziyyət ləğv edildikdən sonra müqavilələrə vaxtından əvvəl xitam veriləcək.