AZ

Şahin Şıxlinski işi: Yalan ittihamlar məhkəmədə ifşa edildi

İş adamı Fehruz Şirinov Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski barəsində həqiqətə uyğun olmayan məlumatlar yaydığını etiraf edib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, məhkəmə qərarı nəşrin redaksiyasının sərəncamındadır.

Şahin Şıxlinskini özünə qarşı sui-qəsd təşkil etməkdə ittiham edən Fehruz Şirinov dörd il əvvəl də analoji iddialarla çıxış edib. Həmin vaxt Şıxlinski şərəf və ləyaqətinin müdafiəsi məqsədilə Yekaterinburq məhkəməsinə müraciət etsə də, tərəflər arasında barışıq sazişi əldə olunub.

2022-ci ildə işə Kirov Rayon Məhkəməsi baxıb. Şıxlinski məhkəməyə ona görə müraciət edib ki, Şirinov onu müxtəlif cinayətlər törətməkdə, sahibkarlardan "haqq" yığmaqda və öz qətlinə sifariş verməkdə ittiham edirdi.

Məhkəmə materiallarında Fehruz Şirinovun ifadəsindən sitat gətirilir:

"Şahin azərbaycanlılardan pul yığmağa davam edir, lakin hamı onunla razılaşmır, o cümlədən mən - Fehruz Şirinov. Mən ona imtina etdikdə, bütün biznesimi əlimdən alacağını və məni cəzalandıracağını dedi. Bu məqsədlə Səfərovu aldadaraq, cinayətkarlara pul ödəyib mənim qətlimi planlaşdırdı. Süleymanov dərhal izah etdi ki, qətlin sifarişçiləri Şıxlinski, Səfərov və Qurbanovdur. Qətlin baş tutmadığını öyrənən Şahin istintaqı çaşdırmaq üçün təcili tədbirlər gördü və cinayət işini dağıtmaq məqsədilə böyük məbləğdə pul ödəyib. Mən, Fehruz Şirinov açıq şəkildə bəyan edirəm ki, mənim qətlimin sifarişçisi Şahin Ş.-dir".

Nəticədə tərəflər mübahisəni barışıq sazişi ilə həll ediblər. Hakim Varvara Staneviçin 2022-ci ildə verdiyi qərarda qeyd olunub ki, cavabdeh Şirinov həqiqətə uyğun olmayan məlumatlar yaydığını etiraf edir, iddiaçı Şıxlinski isə iddia tələblərindən, o cümlədən məlumatların təkzib edilməsi, maddi zərərin və mənəvi ziyanın ödənilməsi tələblərindən imtina edir. Barışıq sazişində nəzərdə tutulan şərtlərdən şikayət verilməsi mümkün olmayıb.

Xatırladaq ki, Şahin Şıxlinski ötən yay saxlanılıb. Ona 2010-cu ildə Fehruz Şirinova qarşı sui-qəsdin təşkili, eləcə də 2001-ci ildə iş adamı İkram Paşayevin qətlinin təşkilində iştirak ittihamları irəli sürülüb. Şıxlinski ilə birlikdə Akif, Ayaz, Bəkir, Kamal və Məzahir Səfərovlar, həmçinin Şücayəddin Rəcəbov da mühakimə olunacaqlar. Onlar qəsdən adam öldürməyə cəhd və qətl maddələri ilə ittiham edilirlər. Təqsirləndirilən şəxslərdən yalnız Məzahir Səfərov öz günahını etiraf edib.

Seçilən
24
4
far.az

5Mənbələr