AZ

Rusiya NATO-dan üstündür:Hərbi Alyansın komandanı




Rusiya Ukraynadakı hərbi əməliyyatlar zamanı əldə edilən dərsləri tətbiq etmək tempində NATO-dan xeyli irəlidədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu qiymətləndirməni Fransa admiralı və Müttəfiq Transformasiya üzrə Ali Komandan Pyer Vandye Vaşinqtonda Milli Mətbuat Klubunda çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Ukraynadakı hərbi əməliyyatların təbiəti çox sürətlə dəyişir:

"Biz təkamül sürətini görürük. Öyrənməli və nəzərə almalı olduğumuz ilk dərs bu tempdə uyğunlaşmaq üçün təşkilati potensialımızın olub-olmamasıdır".

O, əlavə edib ki, Ukrayna hazırda dronlar və robot texnologiyası arasında mübarizənin şahidi olur.

Anar
Seçilən
34
1
newscenter.az

2Mənbələr