AZ

"Epşteyn işi"ilə bağlı sənədlərdə Makronun "sevgilisi" də tapılıb

Pedofil maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə Fransa prezidenti Emmanuel Makronun "sevgilisi"ndən ("boyfrend") bəhs olunur. Maliyyəçinin yazışmalarının ekran görüntüsünü ehtiva edən sənəd ABŞ Ədliyyə Nazirliyinin saytında dərc edilib.

Qaziler.az bildirir ki, bu barədə lenta.ru xəbər verir.

"Digər maraqlı detallarla yanaşı, mənə Makronun sevgilisinin şəkli də göstərildi. Ah, bu ikiüzlülükdür", - Epşteyn keçmiş prezident müşaviri Stiven Bennona yazıb.

Buna cavab olaraq, Bannon məlumatın doğruluğunu şübhə altına aldı və orada konkret hansısa bir əsgərə istinad edilib-edilmədiyini soruşub.

Epşteyn yazışmalarda qeyd edib ki, fotoya baxdıqdan sonra "Sənin arxandayam" ifadəsi yeni məna kəsb edib.

QAZİLER.AZ

 

Seçilən
31
qaziler.az

1Mənbələr