AZ

Qışda immuniteti gücləndirən yeməklər Mütəxəssisdən tövsiyələr

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qarlı və soyuq hava şəraiti insan orqanizminin daha çox enerji və istilik tələb etməsinə səbəb olur. Mütəxəssislər bildirirlər ki, belə günlərdə düzgün seçilmiş yeməklər həm immun sistemini gücləndirir, həm də orqanizmi soyuqdan qoruyur.

Milli.Az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, qarlı havalarda isti şorbalar və bulyonlar xüsusi əhəmiyyət daşıyır. Sümük suyu, mərcimək şorbası, dovğa və toyuq bulyonu həm bədəni isidir, həm də vitamin-mineral balansını qoruyur. Xüsusilə C vitamini ilə zəngin tərəvəzlərin şorbalara əlavə edilməsi tövsiyə olunur.

Bundan əlavə, qış aylarında kalorili və doyumlu yeməklərə üstünlük verilməlidir. Plov, düşbərə, xingəl, bozbaş və ət xörəkləri uzun müddət toxluq hissi yaradır və bədən temperaturunun qorunmasına kömək edir. Taxıllarla zəngin yeməklər də enerji mənbəyi kimi faydalı sayılır.

Mütəxəssislər qarlı havalarda isti içkilərin də vacibliyini vurğulayırlar. Bitki çayları, zəncəfilli çay, darçınlı içkilər və limonlu isti sular orqanizmi həm isidir, həm də soyuqdəymə riskini azaldır.

Həkimlər xəbərdarlıq edirlər ki, qarlı havalarda çox yağlı və ağır qidalardan həddindən artıq istifadə etmək məsləhət deyil. Balanslı və ölçülü qidalanma sağlamlığın qorunmasında əsas amillərdən biri hesab olunur.

Asya

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
1
news.milli.az

2Mənbələr