Ermənistan paytaxtında yerləşən Zvartnots hava limanından verilən açıqlamaya görə, 10-11 fevral tarixlərində Moskva-İrəvan reysləri ləğv edilib. Uçuşlardan biri çərşənbə axşamı saat 19:15-də, ikincisi isə çərşənbə günü saat 07:45-də baş tutmalı idi.
Eyni zamanda, hava limanının uçuş heyəti 10 fevral saat 23:45-də planlaşdırılan başqa bir reysin də ləğv edildiyini açıqlayıb. Ləğv edilmə səbəbi açıqlanmır.
//Samir Qurbanov, Editor.az