Rusiyanın Baş Prokuroru Aleksandr Qutsan Türkiyəyə səfərinə başlayır. Səfəri zamanı o, Türkiyənin müvafiq qurumlarının rəhbərləri ilə görüşəcək. Xüsusilə, Rusiyanın nəzarət qurumunun rəhbəri türkiyəli həmkarı ilə danışıqlar aparacaq. İkitərəfli əməkdaşlığın inkişafı ilə bağlı sənədlərin imzalanması da planlaşdırılır.
Qutsanı hava limanında Rusiya Federasiyasının Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov və Türkiyə Ali Apelyasiya Məhkəməsinin baş prokuroru Muhsin Şentürk qarşılayıblar. Bu, Qutsanın bu il ilk xarici səfəridir.
//Samir Qurbanov, Editor.az