AZ

“Yuventus” onunla yeni müqavilə İMZALAYACAQ

“Yuventus” Ueston Makkeyni heyətdə saxlayacaq. Turinlilər ABŞ millisinin oyunçusundan razıdır. 

Bizim.Media xəbər verir ki, İtaliya nəhənginin direktoru Marko Ottolini bu barədə danışıb: 
 

“Makkeyndən çox razıyıq. Yeni müqavilə ilə bağlı danışıqlarımız başlayıb. Ümid edirik ki, o da bizimlə qalmaq istəyəcək”.


Klub rəsmisi yarımmüdafiəçini tərifləyib:

“O, çox səviyyəli oyunçudur, fərqli mövqelərdə komanda üçün böyük işlər görür. Statistikası heyranedicidir”.

Makkeyn 2020-ci ildən “Yuventus” forması geyir. Öncə icarəyə götürülən 27 yaşlı oyunçu daha sonra 22 milyon avro qarşılığında transfer edilib. Amerikalının müqaviləsi cari mövsümün sonunda başa çatacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
41
bizim.media

1Mənbələr