AZ

Bu ilin əvvəlindən Gürcüstandan 300 ə yaxın əcnəbi deportasiya olunub

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu ilin əvvəlindən təqribən 300 nəfər əcnəbi Gürcüstandan deportasiya olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib.

Onun sözlərinə görə, ölkədə hər bir qanunsuz miqrasiya faktının müəyyən olunması üçün intensiv işlər davam etdirilir və məqsəd qeyri-qanuni miqrasiyanın səviyyəsini minimuma endirməkdir.

Qeyd edək ki, Gürcüstanda ötən ilin oktyabrın 1-dən qüvvəyə minmiş sərt miqrasiya qanunvericiliyinə əsasən əcnəbilərin deportasiyası sadələşdirilmiş prosedur üzrə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
apa.az

3Mənbələr