AZ

Makron Trampı tənqid etdi: Avropanı bu cür parçalamaq istəyir...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqını (Aİ) parçalamaq istədiyini düşünən Fransa lideri Emmanuel Makron Vaşinqtonun hazırkı siyasi kursunu tənqid edib.

Globalinfo.az xəbər verir ki, Makron bu fikirləri “Financial Times” və digər Avropa KİV-lərinə verdiyi müsahibədə səsləndirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Avropa İttifaqına qarşı açıq düşmənçilik sərgiləyir, Aİ-yə hörmətsizlik edir və onun zəiflədilməsində maraqlıdır.

Fransa prezidenti vurğulayıb ki, Avropanın ABŞ qarşısında “yaltaqlıq” etməsi və ya razılaşma yolu axtarması nəticə vermir. Makron hesab edir ki, Avropa ölkələri ABŞ-dan gələcək yeni təzyiq və düşmənçilik hallarına hazır olmalıdırlar.

O, həmçinin Aİ ilə Vaşinqton arasında münasibətlərdə yaranan nisbi sakitliyin davamlı dəyişiklik kimi qəbul edilməməli olduğunu bildirib. 2027-ci ilin yazında ikinci prezidentlik müddəti başa çatacaq Emmanuel Makron Avropa İttifaqını birgə borclanmanın genişləndirilməsinə çağırıb. Onun fikrincə, bu addım 27 üzv dövlətdən ibarət blokun irimiqyaslı investisiyalar həyata keçirməsinə imkan verə bilər.

Makronun açıqlamaları Aİ sammiti ərəfəsində yayılıb. Fransa prezidenti bu sammitin Avropa İttifaqının rəqabətqabiliyyətinin müzakirəsi üçün fürsət kimi dəyərləndirilməli olduğunu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
142
globalinfo.az

1Mənbələr