AZ

Fotolar həmişə həqiqəti demir: Vizual görüntülər süni intellektdən xeyli əvvəl dünyanı necə aldadıb » AzadMedia.az

Fotolar

“Bir şəkil min sözə bərabərdir” deyirlər. Amma bu gün fotolara nə dərəcədə etibar etmək olar?

Sosial şəbəkələrin, foto redaktə alətlərinin və süni intellektin sürətlə yayılması fonunda insanlar görüntülərə daha ehtiyatla yanaşmağa başlayıb. Çünki fotoların aldadıcı ola biləcəyi artıq hamıya məlumdur. Məsələn, Papa Fransiskin ağ rəngli şişmə gödəkçədə çəkildiyi viral foto və ya Donald Trampa aid olduğu iddia edilən “mugshot” görüntüsü qısa zamanda internetdə geniş yayılmışdı.

Lakin vizual manipulyasiya müasir dövrün ixtirası deyil. CNN-in məlumatına görə, Amsterdamdakı Rijksmuzey bu mövzunun tarixini araşdıran “Fake!” adlı yeni sərgi təqdim edib. Sərgi insanların XIX əsrin ortalarından etibarən fotoşəkillər vasitəsilə vizual illüziyalar yaratdığını nümayiş etdirir.

Sərginin kuratoru Hans Ruzbom bildirib ki, bu gün süni intellekt və “Photoshop” texnologiyalarından danışılır, amma foto manipulyasiyası fotoqrafiyanın ilk dövrlərindən mövcud olub. Onun sözlərinə görə, insanlar hələ rəqəmsal dövrdən çox əvvəl şəkilləri kəsir, birləşdirir və yenidən çəkərək qeyri-adi effektlər yaradıblar.



Sərgidə muzeyin kolleksiyasına aid 1860–1940-cı illər arasında hazırlanmış 52 əsər nümayiş olunur. Bu işlərin hamısı kollaj və fotomontaj texnikaları ilə yaradılıb. Əsərlər arasında nəhəng qarğıdalı daşıyan araba, eləcə də öz başını əl arabasında aparan insan təsvirləri xüsusi maraq doğurur.
Mütəxəssislərin fikrincə, bu cür görüntülər sosial şəbəkələrin mövcud olmadığı dövrdə belə insanlarda təəccüb və əyləncə yaratmaq, eyni zamanda reallıqla illüziya arasındakı sərhədi sorğulamaq məqsədi daşıyıb.

Seçilən
64
1
azadmedia.az

2Mənbələr