AZ

Siyarto Macarıstanın müxalifət liderini məhkəməyə verir

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Tisa" müxalifət partiyasının lideri, Avropa Parlamentinin deputatı Peter Madyar barəsində böhtan yaydığı ittihamı ilə məhkəmə iddiası qaldıracaq.

Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.

Məlumata görə, xarici işlər naziri bildirib ki, həmçinin onun haqqında yalan məqalə dərc edən "Telex" müxalifət internet nəşrinə qarşı da məhkəmə iddiası qaldırılacaq.

Fevralın 9-da "Madyar" sosial şəbəkələrdə belə bir iddia dərc edib ki, Göd şəhərindəki (Peşt vilayəti) Cənubi Koreyanın "Samsung" şirkətinin batareya zavodu fəaliyyəti zamanı ekoloji təhlükəsizlik qaydalarını kobud şəkildə pozur və bununla da öz əməkdaşlarını ölümcül təhlükə qarşısında qoyur. "Tisa" lideri tərəfindən paylaşılan və şərh edilən "Telex"in paylaşımında iddia edilib ki, Siyarto ona təqdim edilən məxfi hesabat sayəsində bundan xəbərdar olub, lakin vəziyyəti düzəltmək üçün tədbir görməyib.

"Bu, açıq-aşkar yalandır, heç bir əsası olmayan böhtandır. Bu, heç kimin özünə icazə verməməli olduğu bir şeydir", - deyə nazir "YouTube" platformasında "Həqiqət saatı" verilişində çıxış edərkən bildirib.

O bəyan edib ki, ictimai böhtan üçün cinayət işinin açılmasına dair məhkəməyə ərizə təqdim edəcək.

Qeyd edək ki, Macarıstanda 12 aprelə təyin olunan və nəticələrinə əsasən ölkənin yeni hökuməti formalaşdırılacağı parlament seçkisi ərəfəsində gərgin partiyalararası münaqişə gedir. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fides-Macarıstan Vətəndaş İttifaqı" partiyası və onun kiçik tərəfdaşları - xristian demokratları "Tisa" müxalifət partiyası ilə rəqabət aparırlar. Onun lideri, Avropa Parlamentinin deputatı Madyar Avropa İttifaqı (Aİ) rəhbərliyinin və Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyasının dəstəyindən istifadə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
oxu.az

2Mənbələr